Şəbnəm: “Xanım kimi qəlbimdə peşmançılığı hiss edirəm” – VİDEO

Hazırda oxunan: Şəbnəm: “Xanım kimi qəlbimdə peşmançılığı hiss edirəm” – VİDEO

121153

“Mahnılarımı sevərək oxuyuram. Onları isə oxuyanda düşündüyüm və düşünmədiyim də kimsə olur. Bir etiraf edəcəm. Hər zaman səmimiliyimi görürsünüz. Bu dəfə isə daha çox səmimi olacam”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib. 

Yaşadığı peşmançılıq hisslərindən söz açan sənətçi dilə gətirdiyi etirafı ilə kövrəlib: 

“Bir insana qarşı yaxşı olursan, fədakarlıq edirsən, qarşılıq görməyəndə, münasibətinin əksi ilə üzləşəndə düşünürsən ki, kaş etməzdim. Ah-nalə etmirsən. Sadəcə düşünürsən ki, bu insana dəyməzmiş... Kaş ki, etməzdim. Bu bir peşmançılıq. 

İkinci peşmançılıq isə qarşı tərəfə, qəlbən sevdiyin insana qarşı onu itirməmək, qəlbinə dəyməmək üçün bir addım atırsan. Sonradan peşman olursan. Allah bu peşmançılığı heç kimə yaşatmasın. O hissi yaşadım. Bir xanım kimi qəlbimdə həmin peşmançılığı hiss edirəm.

Düşünürəm ki, kaş olmazdı. Allah hər zaman bağışlayandır. Allah sevdiklərimizi bizə çox görməsin”. 

Qeyd edək ki, Şəbnəm Tovuzlunun ilk nikahından Günel adlı qızı var. Onun tezliklə toyu olacaq. Hacı Ramil ilə nikahından isə müğənninin Əli adlı oğlu var. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin