Selena Qomez kökəlməsinin səbəbini AÇIQLADI - FOTO

Hazırda oxunan: Selena Qomez kökəlməsinin səbəbini AÇIQLADI - FOTO

121063

Dünya pop səhnəsinin ulduzu Selena Qomezin “Qızıl Qlobus” mükafatlandırma gecəsində iştirakı müğənnin başına bəla olub. 

Bizim.Media xəbər verir ki, sənətçinin sözügedən tədbirdə artıq çəki alaraq tanınmaz görünüşdə olması sosial şəbəkə əhlinin “dilinə düşüb”. 

İzləyicilər Qomezin yeni halına “ağız büzərək”, artıq çəkisi ilə bağlı yazdıqları neqativ dolu şərhləri ilə tənqid ediblər.  

Bütün yazılan mənfi rəylərə cavab olaraq Selana üzündəki bütün qüsurları göstərən fotoşopsuz, real şəkil paylaşıb. 

Pop ulduz bildirib ki, onun artıq çəki alması bir neçə ildir ki əziyyət çəkdiyi xroniki sistemik otoimmun xəstəliyi ilə əlaqədardır. Selenanın sözlərinə görə, müalicə üçün qəbul etdiyi dərmanlar onun kökəlməsinə səbəb olub.

“Dərman qəbul edəndə, adətən, çəki alıram və bu, yaxşıdır. Mən narkotik qəbul etməyi dayandırdığım zaman, bir qayda olaraq, arıqlayıram. Mən model deyiləm və olmayacaq da. Bəli, özümüzü yaxşı hiss edə bilməyəcəyim günlərim olur, amma mən sağlam olmağı və özümə qulluq etməyi üstün tuturam. Dərmanlarım vacibdir və inanıram ki, mənə kömək edirlər”, - deyə S.Qomez vurğulayıb. 
Sonda Selena fanatlarına üz tutaraq, onlara dəstək olduqları üçün təşəkkür edib, onu bəyənməyən izləyicilərə isə səhifəsini tərk etmələrini xahiş edib. 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin