“Miri Yusifə səhnəyə gəldiyi ilk günlərdə mən də böyük dəstək olmuşam. 2013-cü ildə bizim birgə proyektimiz oldu, “Küçələrə su səpmişəm” mahnısını oxuduq. Son vaxtlar saraydakı konsertində başqa xanəndələr ifa edir.
Baxırlar, məndən öyrənirlər, sonra səsləndirirlər. Orada adımı qeyd etməyiblər. Amma varam. 7 dəqiqəlik mahnıdır, 5-ci dəqiqədən mən oxuyuram. Konsertdə də canlı oxumuşam. Sonradan bəzi nüanslar yarandı, qonorar problemləri oldu.
Uzun illər konsertlərində bir qəpik güdmədən iştirak etmişəm. Sonra gördüm, sənətə qiymət verilmir, düşündüm ki, insan öz dəyərini bilməlidir. Qardaşımız, dostumuzdur. İlk mənlə, sonra Nigar Camalla, Zülfiyyə Xanbabayeva ilə başladı.
Mən onun bir sıra çıxış etdiyi gecə klublarından danışıram. O vaxt başlamışdıq. Konsertlərində başqa mahnılar var idi. Onun “Mən kiməm, mən heç kiməm” mahnısında muğam parçasını da mən ifa etmişəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri xanəndə Pərviz Qasımov “Səhərin səsi” verilişində deyib. Sənətçi Xalq artisti Miri Yusiflə aralarında baş verən incikliyi üzə çıxarıb.
Qasımovun Miri Yusifdən küsməsinə səbəb kimi, qarşı tərəfin ona verdiyi 150 manat məbləğində qonorar olub:
“Uman yerdən küsərlər. Məhkəməyə də verə bilərəm ki, icazəm olmadan konsertdə kimsə oxuya bilməz. Çünki ilk ifaçısı mənəm. Aranjımanı da Xalq artisti Siyavuş Kəriminin oğlu Emin Kərimiyə məxsusdur. O mahnı sifarişlə yazılmışdı.
O vaxt klip Ukraynada çəkilməli idi, bəzi səbəblərə görə qaldı. Prodüser problemlərimiz oldu, qonorarla bağlı razılaşa bilmədik. Ondan sonra çəkildim kənara. Məndən sonra 4-5 ifaçı o mahnını oxuyub. Miri Yusifə çox böyük dəstəyim dəyib.
Son konsertindən sonra mənə yazırlar ki, axı bu mahnını siz səsləndirmisiz, niyə başqası oxuyur? Nə deyim? Deyim ki, 150 manat qonorar verirdilər ona görə? Xanəndəyə 150 manat verirdilər. Gördüm ki, sanki “sex müğənnisi” vəziyyətinə gətirib çıxardılar.
Sonra dedim mən yoxam. Onun qazancı çox idi. Onunla mən konsertlərdə, tədbirlərdə olmuşuq. Moskvaya konsertlərə getmişik. Onu bibim qızının toyuna çağırdım, gəlmədi, dedi, qiyməti budur. Sonra Bakı Dövlət Universitetindən məzun olanda, rəhbərlik söylədi ki, Miri Yusifə desək, məzun gününə gələ bilər?
Onda da ora qonorarla gələcəyini söylədi. Xalq artistimizdr, gözəl ifaçıdır, o məsələlərə toxunmuram. Hətta olub ki, bəzən Miri Yusifə görə Moskvaya pulsuz getmişəm. Bir qəpik də almamışam. İnsan əziyyətinin bəhrəsini görmək istəyir.
Dost, qardaş deyən insan onun davamını gətirməlidir. Nəyə görə o məndən inciyə bilər? Yaxşılıqdan başqa əlimdən nə iş gəlib? Pislik bacarmıram. Bizi o zaman Tural Əsədov tanış etmişdi. Xahiş etdilər ki, Miri Yusifi ifası ilə qaldırmalıyıq, səhnənin ulduzu etməliyik.
Dedim, baş üstə. Dəfələrlə konsertlərdə olmuşam, bir qəpik almamışam. Son zamanlar isə özləri gətirib pulu verdi. Düşündüm ki, yəqin bilməyiblər, fikirli olublar. Sonra dedim, olmaz. Ayıbdır!”
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:18 / 14.02.2023
Pərviz Miri Yusifin PAXIRINI AÇDI: “150 manat qonorar verirdi, sanki ...” - VİDEO
Hazırda oxunan: Pərviz Miri Yusifin PAXIRINI AÇDI: “150 manat qonorar verirdi, sanki ...” - VİDEO
Hazırda oxunan: Pərviz Miri Yusifin PAXIRINI AÇDI: “150 manat qonorar verirdi, sanki ...” - VİDEO
120372
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.