Doğuş Hataya yollandı - Dostunun ailəsi dağıntılar altında HƏLAK OLUB - VİDEO

Hazırda oxunan: Doğuş Hataya yollandı - Dostunun ailəsi dağıntılar altında HƏLAK OLUB - VİDEO

120315

“Bu gördüklərimdən sonra özümü ifadə edə bilmirəm. İçim yanır və acıyır. Neçə-neçə binalar çöküb, neçə-neçə insan həlak olub. Biz burdayıq və insanlara yardım etməkdə davam edirik. Allah hamımızın yardımçısı olsun”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Doğuş “Səni axtarıram” ictimai-sosial verilişində yayımlanan süjetdə deyib.

Zəlzələnin baş verdiyi Türkiyənin Hatay bölgəsinə yollanan sənətçi oradakı dəhşətli mənzərəni çəkərək, insanlarla həmsöhbət olub.

İnsanları dağıntıların altından çıxaran xilasedicilərdən birinin əlini sıxan Doğuş “Bu insanların əli öpülməlidir” sözləri ilə qəlbləri sızıldadıb.

Daha sonra Doğuşun həyat yoldaşı Xoşqədəm Hidayətqızı aparıcısı olduğu sözügedən proqramda qeyd edib ki, “Ekranda nümayiş olunan, Doğuşun daxil olduğu bu evin altında bütün ailə qalıb.
O ailə Doğuşun ən yaxın dostunun ailəsidir. Ailənin yalnız bir üzvünü xilas edə biliblər. Doğuşun bir tikə çörəyə, isti yeməyə ehtiyacı olanda məhz o dostu evdən gizlincə yemək gətirib, ona verib. İndi isə o, elə bir dostunu, ailəni itirib. Çox üzülmüşük. Allah Türkiyəni qorusun”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin