Zəlzələnin ilk günündən demək olar ki, hər gün Türkiyəyə dəstək çağırışı edən isveçli müğənni Maher Zain Böyük Britaniyada fəaliyyət göstərən "Salam Charity" xeyriyyə təşkilatı ilə bölgəyə ərzaq göndərib.
Bizim.Media xəbər verir ki, sənətçi xeyriyyə fəaliyyətlərinin görüntülərini sosial şəbəkə hesablarında paylaşıb.
“Bu gün zəlzələdən ən çox zərər çəkən şəhərlərdən biri olan Kahramanmaraşa gəldik. Buradakı dağıntıları sizə çatdırmağa çalışıram, amma bunu kamerada göstərməyim mümkün deyil. Bizim burada etdiyimiz xırda işlərdir, amma məncə çox lazımdır. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm. Sizin sayənizdə bu yardımı edə bilirik”, - deyə Zain vurğulayıb.
Şəhərin mərkəzində olduqlarını və bir çox binanın dağıldığını qeyd edən Zain “Bura böyük zəlzələnin episentridir. Yüz minlərlə insan evsiz qaldı. Bacardığımız qədər kömək etməliyik” deyə izləyicilərinə səslənib.
Rəşad Əliyev, Bizim.Media