"Tolik" ləqəbi ilə şou-biznesdə məşhurlaşan prodüser və aparıcı Tarix Əliyev altı gün əvvəl Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində hər iki valideynini itirmiş körpələrdən birini övladlığa götürmək istəyir.
Bizim.Media xəbər verir ki, bu haqda Tolik sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə deyib.
Prodüser övladlığa uşaq götürmək üçün Türkiyənin adiyyatı üzrə qurumlarına müraciət ünvanlayıb:
"Bir neçə gündür qardaş ölkə Türkiyədə faciəvi şəkildə baş verən 12 bölgədə 20 mindən çox insan dünyasını dəyişdi. Ölənlərin içində körpələrin valideynləri də var. Bildiyimə görə, Türkiyə dövləti bu uşaqları istəyən ailələrə övladlığa verməyə hazırdır. Mən də bir Azərbaycan vətəndaşı kimi istəyirəm ki orada azyaşlı bir və ya iki aylıq körpələrdən birini övladlığa götürüm. Xahiş edirım, adiyyatı qurumlar əgər bu məsələ ilə bağlı mənə köməklik edə bilərsə, çox istərdim ki, bir uşağı övladlığa götürüm. Əminəm ki Türkiyə dövləti və aidiyyatı qurumlar bunu bilərsə, məni, iş yerimi, qaldığım evi araşdıra bilərlər".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
19:47 / 12.02.2023
Tolik zəlzələ bölgəsində valideynsiz qalan bir körpəni övladlığa GÖTÜRMƏK İSTƏYİR - VİDEO
Hazırda oxunan: Tolik zəlzələ bölgəsində valideynsiz qalan bir körpəni övladlığa GÖTÜRMƏK İSTƏYİR - VİDEO
Hazırda oxunan: Tolik zəlzələ bölgəsində valideynsiz qalan bir körpəni övladlığa GÖTÜRMƏK İSTƏYİR - VİDEO
120033
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.