İnsult keçirən Nisə Qasımova DANIŞDI: "Müalicə alıram, yaxşıyam" - ÖZƏL

Hazırda oxunan: İnsult keçirən Nisə Qasımova DANIŞDI: "Müalicə alıram, yaxşıyam" - ÖZƏL

119866

Xəbər verdiyimiz kimi, Xalq artisti Nisə Qasımovanın insult keçirib.

Sənətkarın səhhəti ilə bağlı məlumat almaq üçün Bizim.Media-nın əməkdaşı müğənni ilə əlaqə saxlayıb.

O insult keçirməsi xəbərinə belə reaksiya verib:

"Haqqımda şayiələr yayıb, düzgün olmayan xəbərlər yazırlar. Vəziyyətim şükürlər olsun ki, indi yaxşıdır. Müalicələr alıram. Hazırda ustam makiyaj və saçımı düzəldir. Sonra əlaqə saxlayarsınız".

Lakin redaksiyamızın əməkdaşı ilə söhbətində Nisə Qasımovanın həqiqətən də nitqində problemlərin olduğu açıq aydın hiss olunub.
Qeyd edək ki, Nisə Qasımova bir neçə il əvvəl bədxassəli şiş səbəbindən əməliyyat olunmuşdu. Eyni zamanda əməliyyatdan sonra yıxılan ifaçının ayaqları zədələnmişdi.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin