“Adıyamanda xalq gecəni küçədə keçirir. Minlərlə insan yaxınlarından bir səs, xəbər gözləyir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızığül sosial şəbəkə hesabında paylaşdığı postlarda yazıb.
Adıyamana yollanan sənətçi orada gördüklərindən dərin kədər və sarsıntı keçirdiyini bildirib.
“Çox duyğusal səhnələr, filmlər çəkdiyimi hesab edirdim. Halbuki, içim ürpərdi, məni belə yıxan faciə ilə qarşılaşmamışdım. İnanın ki, həyatın şilləsini “yedim”. Zəlzələnin dağıntılarının altından insanların yaxınlarının hələ də sağ çıxması ehtimalı, ümidi var. Bu, qaranlıqda iynə deşiyindəki işığa bənzəyir. Sarsılıram, qorxuram. Sözün tam bitdiyi yerdəyik. Amma hər şeyə rəğmən ümidimizi itirməyəcəyik”, - deyə M.Kırmızıgül vurğulayıb.
Qeyd edək ki,Türkiyədə zəlzələdə ölənlərin sayı 18 991 nəfərə çatıb. Yaralananların sayı 75 523 nəfərdir.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
17:00 / 10.02.2023
Mahsun Kırmızıgül: “Həyatın şilləsini “yedim”, qorxuram” – FOTO
Hazırda oxunan: Mahsun Kırmızıgül: “Həyatın şilləsini “yedim”, qorxuram” – FOTO
Hazırda oxunan: Mahsun Kırmızıgül: “Həyatın şilləsini “yedim”, qorxuram” – FOTO
119706
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.