Nazilə: "Yatdığın yerdə yer yarılır içinə girirsən, bu, dəhşətdir" - VİDEO 

Hazırda oxunan: Nazilə: "Yatdığın yerdə yer yarılır içinə girirsən, bu, dəhşətdir" - VİDEO 

119546

"İki gündür boğuluram. Həkimdən soruşdum ki, bəlkə zobum var, ona görə boğuluram. Amma dedi ki, sarsıntı keçirdiyimə görədir".  

Bizim.Media xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.  

Türkiyədə baş verən dəhşətli təbii fəlakətdən söz açan sənətçi bildirib ki, həyatında iki dəfə zəlzələ yaşayıb:

"Bu yaşıma qədər iki dəfə zəlzələ görmüşəm. Birini Gürcüstanda, digərini də Azərbaycanda. Evimiz silkələnib, onu yaşamışam. Körpə övladımı bağrıma basıb, evdən qaça bilmişəm. O zaman oğlum altı aylıq idi. O zəlzələni az yaşasam belə, hələ də yadımdan çıxmır. Barmağımıza iynə batanda üç gün sarıqlı vəziyyətdə gəzirik. Bir də düşün ki, yatdığın yerdə, yer yarılıb içinə girmisən". 

N.Səfərli üç gün əvvəl Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərin düşdüyü vəziyyəti bu sözlərlə ifadə edib:

"Türkiyədə zəlzələ zamanı ailənin dörd üzvü birdən yoxa çıxıb, biri sağ qalıb. Bəlkə də indi o, Allahdan ölüm diləyir ki, bu nə faciədir mən yaşadım. Bunu beyin heç həzm edə bilməz. Yəni, insan dəli olar. Mümkünsüz bir şeydir. Bu bir nəfərin başına gələndə daha ağır faciədir. Bir də var ki, səninlə eyni dərddə milyon insan var. Belə olan halda hardasa dərdli dərdlidən yapışa bilir. Türklərin imanı həddən artıq kamil olduğu üçün, onlar ölümü gülə-gülə qarşılamağı bacarır. Çünki, onlar bilirlər ki, bu dünya bizim deyil. Biz bu dünyadan gəldi-gedərik. Mevlana deyir ki, "Mal sahibi, mülk sahibi, hanı bunun ilk sahibi? Mal da yalan, mülk də yalan. Var biraz da sən o yalan”".  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin