"Karantin müddətindən hər dəfə səhər oyananda, bu gün bir şeylər olacaq deyə, oyanmış olduq. Hər sabah bir hadisə olmayanda şükür edirəm. Mən şükür edən insanam. Məni tanıyanlar bilir ki, özümü başqasının yerinə qoya bilmək duyğusu var məndə. 1999-cu ildə İstanbulda zəlzələ olan zaman mən orada idim. O da gecə yarısı olmuşdu. Mənim ağlıma gələn elə o günlər oldu".
Bizim.Media xəbər verir ki, bu sözləri keçmiş "Maşın" şounun qalibi, aparıcı və aşpaz Suna Kasımoğlu qonaq olduğu "Xəzər axşamı" verilişində deyib.
Suna Türkiyədə üç gün əvvəl baş verən dəhşətli zəlzələ nəticəsində dağıntılar altında qalan uşaqlardan danışaraq göz yaşlarına hakim ola bilməyib.
O bildirib ki, hökumət baş verən təbii fəlakətdən dərs çıxartmalı və daha möhkəm binalar tikməlidir:
"Yuxuda olduğumuz zaman zəlzələ oldu. Zəlzələni yaşayanlardanam. Əvvəlcə gurultu səsi gəlir, sonra isə zəlzələ olur. Zəlzələ olanda ərim Vahidlə elə zənn etdik ki, qaldığımız binaya buldozer girdi. Baş verənlərdən şok keçirdim. Duş alıram, əynimə isti sviter geyinirəm, yeyib-içəndə belə özümü günahkar hesab edib, utanıram. Uşaqlarım var... (ağlayır).
Ekranlarda nümayiş olunan kadrlara artıq baxa bilmirəm. Dağıntılar altında qalan uşaqlara baxıram,... Sadəcə üzülməklə qalırıq. Ya da sosial mediadan mümkün olduğu qədər yardımçı olmağa çalışırıq. Amma edə biləcəyimiz bir şey yoxdur. Hadisələrin iki-üç gündən sonra keçməsini istəmirəm. Artıq bir dərslər alınsın.
Hə, olay bitdi, gedək təkrar binalar tikək deyil. Bu gün Yaponiya ilə bağlı bir video gördüm.
Orada hər gün zəlzələ olur. Amma orada olan binalar çökmür və insanlar ölmür. Artıq bunları düşünmək lazımdır".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
21:37 / 09.02.2023
Suna Kasımoğlu AĞLADI: "Yemək yeyəndə özümü günahkar sayıb, utanıram" - VİDEO
Hazırda oxunan: Suna Kasımoğlu AĞLADI: "Yemək yeyəndə özümü günahkar sayıb, utanıram" - VİDEO
Hazırda oxunan: Suna Kasımoğlu AĞLADI: "Yemək yeyəndə özümü günahkar sayıb, utanıram" - VİDEO
119536
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.