Xəbər verdiyimiz kimi, Türkiyədə zəlzələdən zərərçəkmiş şəxslərə yığılan yardımlar ötən gündən etibarən həm Heydər Əliyev adına İdman Kompleksində, həm də Bakı Əl Oyunları Sarayında cəmləşib.
Bizim.Media xəbər verir ki, aktyor Kamran Ağabalayev sosial şəbəkə hesabında yaydığı növbəti videomüraciətində yardım göndərən şəxslərə səslənib.
Sənətçi bildirib ki, yardımlara daxil olan müxtəlif növ geyim və qida məhsulların göndərilməsi dayandırılır:
“Hörmətli izləyicilər, Türkiyədən aldığımız ən son məlumata görə, hazırda geyim və qida məhsulların göndərilməsi dayandırılır. Əsasən isə güc verilir konteyner və isidici cıhazların alınmasına. Ortalama bir konteynerin giyməti 70 min lirə (təxminən 6321 manat), isidici cıhazların qiyməti isə 600-1000 lirə arasında (təxminən 54-90 manat) dəyişir. Yardım etmək istəsəniz mənimlə əlaqə saxlayın”.
Rəşad Əliyev, Bizim.Media