Qırmızı rəngli “2107” markalı köhnə avtomobillə yardım daşıyan həmin foto ilə həm Azərbaycan, həm də Türkiyədə məşhurlaşan Sərvər Bəşirli adlı şəxs “Ümid ilə gəl” ictimai-sosial verilişində qonaq olarkən sürprizlə qarşılaşıb.
Bizim.Media xəbər verir ki, sözügedən proqramın aparıcısı Tarix Əliyev (Tolik) verilişdə Sərvərə yeni avtomobil almaq üçün kampaniya başladığını elan edib.
Bundan sonra Tolik Rusiyada yaşayan "Baxa" ləqəbi ilə məşhurlaşan azərbaycanlı iş adamı Bəxtiyar Əliyevə zəng edərək, S.Bəşirliyə avtomobil hədiyyə etdiyini diqqətə çatdırıb.
Tolik açıqlamasında bildirib ki, yeni nəqliyyat vasitəsinin açarı Sərvərə birinci gün təqdim ediləcək.
Rəşad Əliyev, Bizim.Media