“Artıq xalqım, millətim neçə gündür ki, nə gecə, nə gündüz bilir. Qardaşını fikirləşir. Bilmir, nə etsin, necə etsin ki, təki Türkiyəni sakitləşdirsin, dərdini azacıq da olsa, unutdursun. Əl tutur, özü gedir, yerin dərinliyindən xilas edir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Türkiyədə baş verən dəhşətli təbii fəlakətlə bağlı sənətkar fikirlərini bu cür davam edib:
“Hər bir cansızın canımızdan can apardı, Türkiyəm. Hər bir dağıntın üstümüzə yağdı, amma möhkəmik, möhkəm olacağıq. Bu yəqin ki, iki dövlət və bir millətin Allah tərəfindən sınağıdır. Sənə möhkəmlik arzulayıram. Xalqım həmişə səninlədir. Xalqıma qurban olum, necə böyük xalqdır. Allah bu çətinlikdən bizi tezliklə qurtarsın. Azərbaycan səninlədir, Türkiyə! Azərbaycan səninlə fəxr edir, Türkiyə! Allah bir də belə sınağı göstərməsin. Amin...”
Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 12873-ə yüksəlib. Yaralıların sayı isə 62937 nəfərə çatıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:30 / 09.02.2023
Afaq Bəşirqızı: “Bu, iki dövlət və bir millətin Allah tərəfindən sınağıdır” - FOTO
Hazırda oxunan: Afaq Bəşirqızı: “Bu, iki dövlət və bir millətin Allah tərəfindən sınağıdır” - FOTO
Hazırda oxunan: Afaq Bəşirqızı: “Bu, iki dövlət və bir millətin Allah tərəfindən sınağıdır” - FOTO
119392
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.