Nazilə ƏSƏBİLƏŞDİ: “Uçqunun altından çıxan ayaq yoluna, hamama getməyəcək?” - VİDEO

Hazırda oxunan: Nazilə ƏSƏBİLƏŞDİ: “Uçqunun altından çıxan ayaq yoluna, hamama getməyəcək?” - VİDEO

119368

“Zəif və həssas bir mövzuya toxunmaq istəyirəm. Bəzi insanlar söyləyirlər ki, yardımların içərisindən yay mövsümündə geyiniləcək geyim, çəkələk və dikdaban ayaqqabı çıxır. Bunu da çəkib, paylaşıb, məsxərəyə qoyurlar. Hamının evində “Zilli” və “Baldessarini” yoxdur. Kimin nəyi var, onu da qoyur. Biz tərbiyəçi deyilik. Kimin ağlı haraya qədər kəsib, yardımların içinə onu da qoyub”. 

Bizim.Media xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli sosial şəbəkə hesabında çəkib, yayımladığı videomüraciətində deyib. 

Sənətçi zərərçəkənlərə göndərilən bəzi geyim əşyalarının sosial şəbəkələrdə lağ predmetinə çevirilməsinə etiraz edib: 

“Gördünüz ki, həmin əşyalar yaramır, qoyun kənara. Vacibdir çəkib, paylaşasınız? Sizin bu paylaşımlarınıza baxıb, digər insanlar yardım etməkdən çəkinəcəklər. Elə yalnız yazırlar ki, çəkmə, üst geyimi göndərin. Bu insanların alt paltarı yoxdur? Yalnız üst geyimi var? Niyə hər şeyi söz edirsiniz? Yardımların içinə gecə köynəkləri qoyublar. İnsanlar yalnız paltoda yatacaqlar?
Nəyi bacarıb, onu da göndərib. Sən başqa cür başa düşürsən, o başqa cür düşünür. İnsanları ələ salmayın. Nə gözəl vicdanımız, insafımız, imanımız var. İnsanlar əllərindən gələni edir. Bu borcdur, qardaşın qardaşa borcudur. Amma ələ salmayın. Hamı eyni ağılda deyil. Bunların xalqın gözünə soxmaq lazım deyil. Uçqunun altından çıxan ayaq yoluna, hamama getməyəcək? Ayağına çəkələk geyinməyəcək? Etməyin belə şeylər. Allah hamımıza kömək olsun”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin