“Nəyin davasını aparırıq? Gündəlik həyatımızda hansı qaçhaqaça çatırıq? Niyə? Bir parça çörək puluna görə?”
Bizim.Media xəbər verir ki, bu sözləri Zümrüd Bədəlova aparıcısı olduğu “Xəbər-ətər” verilişində deyib.
Televiziya ulduzu Türkiyədə baş verən dəhşətli təbii fəlakətdən, bir sıra insanların sabahı düşünmədən yaşadığından söz açaraq, göz yaşlarına boğulub:
"O çörəyi də heç olmasa səhər yuxudan oyanıb yeyə biləcəksənmi? Onu heç vaxt düşünmürük. Sabah nə geyinəcəm deyib yatan, filankəsdən hansısa soyuq intiqam planlarını quran insanlar… Sən özün hər hansı bir səhərə oyanacaqsanmı? Oyanandan sonra Allaha şükür edirsənmi? Şükür bu günümə, ya Rəbbim”.
Qeyd edək ki, bu saata olan ən son məlumata görə Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 9 min 57 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 52 min 979 nəfər yaralanıb. Dağılan bina sayı isə 6 min 444 nəfərə çatıb.
Rəşad Əliyev, Bizim.Media