Əməkdar artist Vasif Məhərrəmli və türk həmkarı Doğuş Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım kampaniyasında iştirak ediblər.
Bizim.Media xəbər verir ki, sənətçilər digər vətəndaşlar kimi yardım kampaniyanın yeni ünvanı Heydər Əliyev İdman Konsert Kompleksinə gəliblər.
Müğənnilər özləri ilə gətirdikdəli müxtəlif növ isti geyimləri təhvil veriblər.
Bundan başqa onlar da gətirilən geyimlərin çeşidlənməsində fəal iştirak ediblər. Həmin anları isə Vasif Məhərrəmli sosial şəbəkə hesabında "Rəbbim, Türkiyə və Azərbaycanı qoru" başlığı ilə izləyiciləri ilə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media