Doğuş: "Dostum ailəsi ilə birlikdə dağıntılar altında qalıb" - FOTO

Hazırda oxunan: Doğuş: "Dostum ailəsi ilə birlikdə dağıntılar altında qalıb" - FOTO

119222

"Zəlzələdə dostlarımı itirdim. Düşünürəm ki, artıq yaşamırlar. Bu yaxınlarda görüşmüşdük".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Doğuş qonaq olduğu "Səni axtarıram" ictimai-sosial verilişində deyib.

Sənətçi bildirib ki, Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində dostları dağıntılar altında qalıb.

Doğuşun həyat yoldaşı aparıcı Xoşqədəm Hidayətqızı isə ailə dostlarının hələ də dağıntılar altında olduğunu dilə gətirib:

"Dostunun bir ailəsi qalıb dağıntılar altında. Yalnız ata və ana xilas olunub".

Qeyd edək ki, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 8574 nəfərə çatıb, 49 133 nəfər yaralanıb. Təbii fəlakət nəticəsində 6444 bina dağılıb.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin