“Səhəri xoş açmadıq. Bu xəbər hamımızı üzdü. Bunu yaşamaq çox ağırdır. Biz də 2000-ci ildə zəlzələni Bakıda gördük, yaxşı qurtardıq. Türkiyədə ikinci dəfədir ki, zəlzələ böyük canlar aldı. Dünyasını dəyişən uşaqlara, yeniyetmələrə, yaşlılara Allahdan rəhmət diləyirəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli sosial şəbəkədə paylaşdığı videoaçıqlamada deyib.
Türkiyədə baş verən dəhşətli təbii fəlakətdən, zəlzələdən bəhs edən müğənni qardaş ölkədə yaşananlardan sarsıntı keçirdiyini bildirib:
“Binaların yerinə evlər tikiləcək. Amma canları qaytarmaq olmur. Baxıram, 3 yaşlı bir qız çıxardırlar. Bilmək olur anası, atası, nənəsi, babası haradadır? Uşaqlar valideynsiz, valideynlər övladsız qalırlar.
Bir-birimizin qəlbinə dəyməyək, dünya çox qısa və fanidir. Çətindir dolanmaq, əziyyətdir. Allah heç bir atanı övlad yanında utandırmasın. Bunu heç bir ataya arzulamıram. Çox ağır bir şeydir. Türkiyə nəhəng ölkədir, türk dünyasının dayağıdır. İnanıram ki, yaxın zamanda hər şey yoluna düşəcək. Bütün şəhərlərdə olan zəlzələdə dağılan evlər inşa olunacaq.
Bilmirəm, bu dünyada son vaxtlar nə baş verir, Allahın xoşuna gəlməyən hansı hadisələr var ki, belə olur. Gəlin, düz olaq, qəlb qırmayaq, ev yıxmayaq. Səhərdən axşama qədər ancaq ağlamışam, özümə gələ bilmirəm”.
Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 3 381-ə çatıb, 20 426 yaralı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:58 / 07.02.2023
Vasif: “Türkiyəyə görə səhərdən axşamadək ağlamışam” - VİDEO
Hazırda oxunan: Vasif: “Türkiyəyə görə səhərdən axşamadək ağlamışam” - VİDEO
Hazırda oxunan: Vasif: “Türkiyəyə görə səhərdən axşamadək ağlamışam” - VİDEO
118912
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.