Xəbər verdiyimiz kimi, ötən axşam Xalq artisti Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyeva Mərkəzi Neftçilər xəstəxanasında dünyasını dəyişib.
Sənətçinin bacısı ilə vida mərasimi Xalq artistinin evində təşkil olunub. Bir sıra məşhurlar mərhumla vidalaşmaq üçün Nazpəri Dostəliyevanın mənzilinə gəliblər.
Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədovu görən sənətçi göz yaşlarını saxlaya bilməyib.Həmin anları isə Bizim.Media-nın əməkdaşı lentə alıb.
Rəşad Əliyev, Bizim.Media