Nazir etiraf etdi: “Mən universitetdə yaxşı oxumurdum, kəsirlərim olurdu” - VİDEO

Hazırda oxunan: Nazir etiraf etdi: “Mən universitetdə yaxşı oxumurdum, kəsirlərim olurdu” - VİDEO

118551

"Təəssüflər olsun ki, mən çox da yaxşı oxumurdum. Bəzən kəsirlərim də olurdu. Kəsirlər olanda isə aldığım tələbə təqaüdüm də kəsilirdi. Amma sonra universiteti yaxşı bitirə bildim. Eyni zamanda magistraturanı da yaxşı bitirdim".

Bizim.Media xəbər verir ki, bu sözləri Gənclər və idman naziri Fərid Qayıbov qonaq olduğu "Şənbə axşamı" verilişində deyib.

Nazir müsahibəsində etiraf edib ki, o, fransızca yaxşı danışa bilmir:

"Məktəbə tez getmişəm, altı yaşımdan. İndi heyifslənirəm ki, o illərdə bir çox şeyləri öyrənə bilərdim. İndi uşaqlarım böyüyür, çalışıram onlara məsləhət görüm, amma onlar başqa zamanənin uşaqlarıdır. Onlarla onların dilində danışmaq isə bir balaca çətindir. Amma bütün gənclərə məsləhət görərdim ki, çalışsınlar, vaxtında oxusunlar. Bu biliklər çox lazımdır. Hazırda Avropa gimnastikasının prezidentiyəm. Ofis İsveçrədə yerləşir.
Ora isə Lozannadır, fransız dili tərəfidir. Amma mən fransızca gözəl danışmıram. Fransız dili mənə çox lazımdır. Son 6-7 ildə işləyərək bu dili öyrənməyə başladım. İşlədiyim üçün zaman az qalır bu dili öyrənməyə. Ona görə də hər şeyi zamanında öyrənmək lazımdır. İndi heyifslənirəm ki, bəlkə də fransız dilini tələbəlik illərində oxusaydım, öyrənsəydim, daha yaxşı olardı".
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin