"Elit star" Cəmilə həmkarlarını RÜSVAY ETDİ: "Bəsdir, efirə çıxıb, pul diləndiniz" - VİDEO 

Hazırda oxunan: "Elit star" Cəmilə həmkarlarını RÜSVAY ETDİ: "Bəsdir, efirə çıxıb, pul diləndiniz" - VİDEO 

118496

"Bəsdir, efirə çıxıb, pul diləndiniz. Camaatın sizə borcu yoxdur! Toylara gedirsiniz. Nə edirsiniz qazandığınız o pulları? O pulları üst-üstə yığıb nə etmisiniz? Bəlkə də axtarıb, araşdırsan qohumlarının adlarına evlər, avtomobillər var. 35-40, bəlkədə 50 ildir ki, toylara gedirlər. Haradadır oradan qazandığınız o pullar? Necə efirə çıxıb, insanlardan pul dilənmək olar?"  

Bizim.Media xəbər verir ki, bu sözləri "Elit star" ləqəbi ilə məşhurlaşan müğənni Cəmilə İsgəndərova "MTV maqazin" verilişinə müsahibəsində deyib.  

Sənətçi ictimai-sosial verilişlərə yardım üçün pənah gətirən məşhurları hədəf alıb, onları bu əməllərinə görə qınayıb:

"Sosial verilişlərə məşhurlar yox, sıravi vətəndaşlar çıxmalıdır. Onlara isə biz məşhurlar kömək etməliyik. Nəyiniz var satın, özünüzü müalicə edin. Allah ömür versin, işləyərsiniz, yenə alarsınız. Sənət adamlarının çıxıb efirdə pul istəyib, ağlaması düzgün deyil. Sizin altınızda 200-300 min manatlıq avtomobilləriniz var. Onları satıb, özünüzü müalicə edə bilərsiniz. İllərdir ki, oxuyursunuz, bəs siz hansı vətəndaşa bu illər ərzində kömək etmisiniz? Zamanında əliniz pulla oynayan vaxtında insanlara kömək etmək lazımdır ki, Allah da sizi heç kimə möhtac etməsin”. 

Cəmilə passiv həyat tərzi sürən həmkarlarını məsxərəyə qoyub, onları "inqubator toyuqları" adlandırıb:

"Toyda yeyirlər, qaçırlar evə. Evdən də çıxıb avtomobillə gedirlər toya. Bir insan ki, piyada gəzmir, "inqubator toyuq" olur... Bunlar o qədər evdə qalıb, avtomobillə gedib-gəlib kökəlirlər ki, sonra da içlərində başlayır xəstəliklər yaranmağa".  
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin