“Biz 17 ildə yağla bal kimi olmuşuq”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli qonaq olduğu “Yanar saat” verilişində deyib.
Sənətçi İran əsilli fitnes treyner həyat yoldaşı Məhəmmədrza Məhəmmədi ilə evliliklərindən söz açıb:
“Dalaşan, küsən vaxtlarımız da olub, bir də görürsən ikimiz də eyni sözü demişik, amma dilimizi başa düşməmişik. Sonradan aydınlaşıb. Elə də olub ki, ləhçədən anlamamışıq”.
Qeyd edək ki, Nüşabə Ələsgərlinin birinci evlilikdən bir oğlan və bir qız övladı var.
Rəşad Əliyev, Bizim.Media