Ad günündə nişanlanan Çinarə: “ Qadınlar adaxlıma sinələrinin fotolarını atır” - VİDEO

Hazırda oxunan: Ad günündə nişanlanan Çinarə: “ Qadınlar adaxlıma sinələrinin fotolarını atır” - VİDEO

118197

“Nişanımızı bağ evimdə etdik. Düşündük ki, çox böyük məclis etməyək, çünki qarşıda toy var və ona hazırlıqlar gedir. Məclis ailə içi 25-30 nəfərlik oldu. Məclisdə dostlarımdan vizajist Nigar İbrahimova və digər yaxın insanlar iştirak etdi. Bu mənim ad günümdə, yubileyimdə hədiyyə və yadda qalan oldu. Təklif isə nişanlım Ruslandan gəldi. Düşündüm ki, hər il dostlarımla böyük ad günü edirəm, bu ilə isə həm nişan, həm doğum günüm, həm də yubiley tam yerinə düşdü”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Çinarə Əliyeva qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib. 

Ötən gün həm ad günü həm də nişanı olan televiziya ulduzu toylarının yay aylarında olacağını bildirib: 

“Toyumuzu yay aylarında etməyi düşünürük. Havalar yaxşı olsun. Orucluq ayından sonra”. 

Proqramın gedişatında Çinarənin plastik cərrah nişanlısı Ruslan Rəsul telefonla canlı efirə qoşulub. Həkim aparıcı ilə necə tanış olmasından söz açıb: 

“Çinarə xanımla danışdım, görüşdüm və evlilik təklifi etdim. Tanışlığımıza gəldikdə isə, Çinarə xanımı bir ildən artıq idi ki, sosial şəbəkədə izləyirdim. O “Instagram” hesabında bir video paylaşmışdı. Mən də o videoya şərh yazdım. Ondan sonra danışmağa başladıq. İkinci görüşümüzdə, ona evlilik təklifi etdim. Çinarə xanım fərqli xanımdır. Düşündüm ki, o mənim həyatımda fərqli bir insandır. Fərqli duyğular hiss etdim və çox bəyəndim”. 

Verilişin aparıcısı Afaq Gəncəlinin “Evləndikdən sonra Çinarəyə hansı qadağaları qoyacaqsınız?” sualına Ruslanın cavabı belə olub: 

“Qadağalara gəldikdə isə, geyimlərinə qarışmıram. Xına məclislərini aparacaq, amma toylardan başqa”. 

Afaqın “Çinarəyə plastik əməliyyat etdirməyə icazə verəcəksiniz?” sualına Ruslan “Çinarə xanıma plastik əməliyyat etdirməyə ehtiyac yoxdur. Onu elə Çinarə kimi qəbul etmişəm” cavabını verib.

Çinarə isə qadağa ilə bağlı sualı nişanlısı Ruslanın peşəsi ilə bağlı dilə gətirdiyi etirafı ilə təəccübləndirib: 

“Onun işi elə işdir ki... Bir də görürsən ki, gecə saat birdə, ikidə xanım pasientlər bədənin bir nahiyyəsini, sinəsini və sayra şəklini çəkib, fotosunu göndərirlər. Gecə vaxtı yadlarına düşür. Bu haqda çox danışsam pulsuz qalarıq. Ona görə danışmıram, mənə belə rahatdır”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin