Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl paytaxt restoranlarının birində meyxana ustaları Mehman Əhmədli, Ağamirzə və Mübariz Maştağalı bir nəfərin xahişi ilə onun itinə qafiyə tutub, meyxana qoşublar.
Söz xiridarlarının bu hərəkəti isə sosial şəbəkələrdə tənqidlə qarşılanıb.
Bizim.Media xəbər verir ki, qalmaqallı məsələ ilə bağlı meyxanaçı Mehman Əhmədli sosial şəbəkə hesabında videoaçıqlama yayıb.
Söz ustadı bildirib ki, şəxsən onun dilindən itin nə adı, nə də ki cinsi haqqında meyxana deyilməyib. Mehman ona böhtan atıldığını dilə gətirib:
"Bu yaxınlarda Mübariz dostumuzun ad günü idi. Qonaqlar arasında Sadiq adında bir qardaş yaxınlaşıb Mübarizə deyib ki, mən heyvan saxlayanam, itim var. O it isə elə belə it deyil, çempiondur, medalları var. Olarmı, siz meyxana deyəndə itimin adını çəkəsiniz, mən də həmin anları videoya çəkim, yadigar qalsın. Mübariz bunun üçün bizə yaxınlaşıb, məsləhət istədi.
Dedim ki, itin özü haqqında yox, onun sahibi haqqında meyxana deyə bilərik. Mən meyxanada üç bənd demişəm və qafiyələrdə it haqqında heç bir meyxana deməmişəm. Nə cinsi nə də ki adını çəkməmişəm. Həmin üç bənd meyxananın içində dediyim bir də bu idi ki, “mən it və pişik haqqında meyxana demirəm. Çünki mən yaşamışam Əhmədli Mehman kimi”. Lakin bu bəndi heç kim sosial şəbəkələrdə paylaşmayıb. Kimə nə lazımdırsa, onu da paylaşıblar.
Deyirlər ki, güya ki, biz it haqqında meyxana demişik və bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edirlər. Qıraq-bucağına da qabarıq sözlər yazırlar ki, güya nələr isə olub.
Bütün bunların müqabilində bir söz demək istəyirəm ki, əgər kimsə bunu yazanlardan, yayanlardan it haqqında dediyim bir kəlimə sözümü tapıb göstərsə, lal olub, heç nə danışmayacağam. Amma tapıb qoya bilməsə, qafiyəni bu cür mövzuda yayanlar həmin itin qohum, əqrabasıdır. Ayıb olsun! Onlar canı və qanı xarab insanlardır ki, kiməsə şər, böhtan atırlar".
M.Əhmədli həmçinin açıqlamasında vurğulayıb ki, bu hadisəni öz maraqları üçün sosial şəbəkələrdə paylaşıb və onu gözdən salmağa çalışan bəzi həmkarlarıdır :
"Məni narahat edən isə sənət dostlarımdır. Mənə maraqlı isə həmkarlarımın içində pula görə hər şeyindən meyxana deyən insanlar bizim demədiyimiz mövzu haqda fikir bildirirlər. Onların bizə fikir bildirmələrinə ixtiyarları yoxdur, nə də ki biz buna imkan verərik. Hamımız bir-birimizi çox yaxşı tanıyırıq. Gəlin, elə edək ki, danışmayaq".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
22:24 / 02.02.2023
Mehman "OD PUSKÜRDÜ": "Bunu yozanlar itin qohum, əqrabasıdır" - VİDEOAÇIQLAMA
Hazırda oxunan: Mehman "OD PUSKÜRDÜ": "Bunu yozanlar itin qohum, əqrabasıdır" - VİDEOAÇIQLAMA
Hazırda oxunan: Mehman "OD PUSKÜRDÜ": "Bunu yozanlar itin qohum, əqrabasıdır" - VİDEOAÇIQLAMA
118137
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.