“O zamanlar diskoteka anlayışı Azərbaycanda yox idi. “Udarnik” dediyimiz bir musiqi aləti vardı, ona vururdular amma musiqi düz gəlmirdi. “Dubts-dubts” səsini, ritmi almaq üçün həmin “udarnik”ə “poduşka” qoyurdum. Sadə ritmlər olmurdu. Azərbaycana diskotekanı, orkestrovkanı, o ritmləri və yenilikləri mən gətirmişəm.
“O diskotekada da milli ruh olmalıdır. Milli ruh olmasa, o mahnı sevilməz, nə də o mahnını başqa xalqlar qəbul edər. Necə şeirlərdə söz yığınağı var, musiqidə də eyni şey olacaq. Ona görə də alınmaz”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Niyaməddin Musayev qonaq olduğu “YouTube”da yayımlanan “Künc-Bucaq” layihəsində deyib.
82 yaşlı sənətkar verilişlərdə aparıcıların qabiliyyəti olmayan müğənniləri tərifləməsinə qarşı çıxaraq, onları tənqid edib:
“Aparıcılar hansı müğənnilərlə yaxınlıq edirlər, onları da tərifləyib, reklam edirlər. Həmin müğənnini böyüdüb, böyük sənət kimi qələmə verirlər. Baxırsan ki, qabiliyyəti də yoxdur. O aparıcılar mənim gətirdiyim janr haqda bir kəlmə də olsun danışmırlar.
Elə bil içlərində paxıllıq, qısqanclıq var. Uğurlu insanam. Ulu öndər Heydər Əliyev tərəfindən qiymətləndirilmişəm. Özüm-özümə bu qiyməti verməmişəm. Onlar da bilməlidirlər ki, bu janrı yaradan Niyaməddin Musayevdir”.
N.Musayev həmçinin həmkarlarını musiqiləri düzgün oxumamaqda günahlandırıb:
“Nəğmələrimi oxuyan aranjimançılar özlərindən müştəbehdirlər. Musiqimə elə notlar əlavə edirlər ki, tamam yad olur. O musiqi ilə bu musiqi tamam uzlaşmır. Musiqidə gətirdiyim stili, janrı və nəfəsi xarab edir. Müğənnilərin əksəriyyəti musiqini düz oxumurlar”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:16 / 01.02.2023
Niyaməddin Musayev ƏSƏBİLƏŞDİ: “Aparıcılar yaxınlıq etdikləri müğənniləri tərifləyib, reklam edirlər” - VİDEO
Hazırda oxunan: Niyaməddin Musayev ƏSƏBİLƏŞDİ: “Aparıcılar yaxınlıq etdikləri müğənniləri tərifləyib, reklam edirlər” - VİDEO
Hazırda oxunan: Niyaməddin Musayev ƏSƏBİLƏŞDİ: “Aparıcılar yaxınlıq etdikləri müğənniləri tərifləyib, reklam edirlər” - VİDEO
117836
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.