Oqtay ilə Rövşanənin “Əqrəb mövsümü” müzakirəsi efirdə QALMAQAL YARATDI - VİDEO

Hazırda oxunan: Oqtay ilə Rövşanənin “Əqrəb mövsümü” müzakirəsi efirdə QALMAQAL YARATDI - VİDEO

117619

“SOY” prodakşının rəhbəri Oqtay Əliyev və aparıcı Rövşanə Ağasəfqızı arasında qalmaqal yaşanıb.

Bizim.Media xəbər verir ki, “Sabaha saxlamayaq” verilişində “Əqrəb mövsümü” serialı ilə bağlı tərəflərin səsləndirdikləri fikirlər mübahisəyə səbəb olub.

Belə ki Rövşanə sözügedən ekran işində rus kəlmələrindən istifadə edilməsinə qarşı çıxıb:

“Xoşuma gəlməyən tərəfləri söyləyəcəm, redaktor işi çox zəif, pinti idi. Ola bilər ki, rus sözləri ilə qarışdırıblar. Bu da təəssüf doğurur. Çünki dil məsələsi bizim ağrılı yerimizdir. Gündəlik həyatımızda da buna qarşı çıxırıq. Bizim ədəbi dilimiz var. Televiziya bir nümunə olub.
Məsələn, hamamda çimirik, onda o çılpaqlığı da efirdə göstərək? Deyirik ki, gündəlik həyatda da rus sözlərindən, “uje”dən, “davay”dan təmizlənək və bu sözlərdən istifadə etməyək. Amma serialda bu sözlərdən istifadə edilir.

Ola bilər ki, siz (Oqtay Əliyevi nəzərdə tutur - red.) pul baxımından düşünürsünüz, biznesi fikirləşirsiz, hər məsələdə çalışırsız pul gətirsin”.

O. Əliyev isə R.Ağasəfqızının fikirlərinə qarşı çıxıb “Sözlər ütülənmiş olsaydı, hamı dəyəcəkdi ki, sünidir” sözlərini dilə gətirib.

Aparıcı isə cavab olaraq “Azərbaycan dilində təmiz danışırıqsa, ütülüdür? Biz müstəqil Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Öz dilimizdə danışmalıyıq. Qızım rus, ingilis dilini bilir, amma öz dilimizdə təmiz danışır.

Dilçilər dilimizin mükəmməlliyi uğrunda çalışırlar. Baxın danışıram, rus sözlərindən “uje”siz, “davay”sız danışıram. Ütülü danışıram? Qətiyyən. Öz dilimdə danışıram. Gözəl rejissor işi var idi. Bu görünürdü. Bilmirəm, reytinq niyə yoxdur.

Biz benzindoldurma məntəqələrinə gedəndə görürük ki, ya ATV, ya da ARB-yə baxırlar. Çünki əvvəldən onlar bazarı tutublar” fikirlərini diqqətə çatdırıb.

Prodüser isə ikilinin səsləndirdiyi fikirlərə belə münasibət bildirib:

“Dövlət “AzTV”ni və “İTV”ni dotasiyada ona görə saxlayıb ki, belə keyfiyyətli filmlər edir. Reytinq isə proqramlaşdırılma ilə bağlıdır”.

Daha sonra O.Əliyev “İTV” reytinqlərə baxmayaraq çox böyük, bahalı işlər görür, keyfiyyətli işlər yaradır. Bu da onun büdcəsi ilə əlaqəlidir ki, fikirləşir, reytinq olsa, daha yaxşı olardı. Olmasa da, eybi yox. Çünki dövlət tərəfindən köməklik edilir.
O ki qaldı reytinq məsələsinə, siz (Rövşanə Ağasəfqızı nəzərdə tutur –red.) dediyiniz maarifləndirici verilişlər üçün xüsusi kanallar olur. Onu həmin kanallarda edin. Məsələn, Mədəniyyət TV var. Sizin verilişlə bağlı kanal rəhbərliyi deməlidir ki, bu bizlik deyil” fikirlərini səsləndirib.

Əliyevin bu sözləri Ağasəfqızının qıcıqlandırıb:

“Televiziyanı bazara çevirək? Siz bütün məqamlarda ancaq bazar düşünürsüz”.

Prodakşn rəhbəri “Bazar pis yerdir? Gedirik, oradan məhsul alıb evdə bişiririk. Öz hesabına çalışan televiziyalar var ki, onlar bazar deyil. Həmin proqramları izləmək istəməyənlər digərinə baxsın. Hansılar ki, camaat baxmaq istəyir. Ona görə də kanallar bir-birindən ayrılıb” ifadələri ilə aparıcıya qarşılıq verib.

Bundan sonra ikili canlı efirdə “kəllə-kəlləyə” gəlib. R. Ağasəfqızı O. Əliyevi illərdir tamaşaçılara keyfiyyətsiz və səviyyəsiz verilişlər təqdim etməkdə günahlandırıb:
 
“Məsələ reytinqin nəyə gedib-getməməsi deyil. Keyfiyyətsiz işə yaxşı reytinq gəlir. Əvvəldən tamaşaçıya o qədər keyfiyyətsiz məhsullar, səviyyəsiz verilişlər təqdim etdiz. İnsanları öyrəşdirdiz”. 
 Televiziyaçı aparıcını "Səndə də həmin verilişlərdən var idi. Sən də o proqramlardan çıxmısan. Əli Mirəliyevə deyirdin ki, “şpaqat” aç” - kəlmələri ilə susdurub. 
 
Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin