“Hazırda bir sıra yeni mahnılar üzərində çalışıram. Başım bunlara qarışıb. Boş-boş, mövzusuz və sənətimdə yenilik olmadan efirlərə, verilişlərə çıxmaq istəmirəm”.
Bu sözləri müğənni Samir Cavadzadə Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
Verilişlərə çox sayda dəvətlər aldığını söyləyən ifaçı bildirib ki, efirlərə çıxmamasının səbəbi müğənnilərin şəxsi həyatlarını müzakirə mövzusuna çevirilmələridir:
“Kanallar, verilişlər məni öz efirlərinə hörmət edib çağırırlar. Amma elə verilişlər var ki, həqiqətən də mənlik deyil. Mən bilmirəm orada özümü necə aparım. İstəsəm, verilişlərə tək də çıxaram, başqa qonaqlara da ehtiyac qalmaz. O da problemdir.
Əsas problem odur ki, verilişlər müğənniləri efirlərinə çağırıb, onun şəxsi həyatını, ailəsini müzakirəyə çıxarırlar. Bunları görüb, ona görə verilişlərə çıxmaq istəmirəm. Sırf sənətlə bağlı olan verilişlərimiz də təəssüflər olsun ki, yoxdur”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:14 / 31.01.2023
Samir Cavadzadə buna görə EFİRLƏRƏ ÇIXMIR - ÖZƏL
Hazırda oxunan: Samir Cavadzadə buna görə EFİRLƏRƏ ÇIXMIR - ÖZƏL
Hazırda oxunan: Samir Cavadzadə buna görə EFİRLƏRƏ ÇIXMIR - ÖZƏL
117561
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.