İki uşaq anası Nəfəs: “İstəmərəm onların yeni bir atası olsun” - VİDEO

Hazırda oxunan: İki uşaq anası Nəfəs: “İstəmərəm onların yeni bir atası olsun” - VİDEO

117558

“Düşünürəm ki, ana kimi çox xoşbəxtəm. İki gözəl övladım var. Yaxşı ki, zamanında və ya zamansız onları Allah mənə bəxş edib. Qadın kimi xoşbəxtliyi hələ tam tapmamışam. Qismət, bəlkə taparam, bəlkə də yox. Amma qadın kimi özümü xoşbəxt etməyə çalışıram”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nəfəs “Maqazin plyus” verilişinə müsahibəsində deyib.

İki övlad anası olan sənətçi bildirib ki, ikinci dəfə ailə qurmaq istəmir:

“Evlilik təklifləri çoxdur. Özümə belə deyirlər. Ürəyimin sahibini görsəm, deyəcəyəm ki, bu sevgilimdir. Ailə qurmaq istəmirəm. Özüm boyda uşaqlarım var. İstəmərəm onların yeni bir atası olsun. Amma sevgisiz də qalmaram. Sevgisiz ölərəm. Əgər xanım tək yaşayırsa, evinə gedəndə başını yastığa qoyub, özünü tək hiss edirsə, o zaman ağlayır. Çətin günlərim, vaxtlarım o zaman olur”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin