“Əslində bu, mənə xoş olmayan mövzudur və hər zaman bundan qaçıram. Çünki istəyirəm ki, gözəl musiqi, yaxud film təklifi alım. Sadəcə həyat elə gətirib ki, həyat yoldaşım da bu sənətdədir. Hər evdə söz-söhbət olur, amma bizdə daha çox yayılır”.
Bizim.Media xəbər verir ki, bu sözləri aktyor-müğənni Murad İsmayıl qonaq olduğu “Gündən günə” verilişində deyib.
Murad uzun müddətdir həyat yoldaşı, aktrisa Ülviyyə Xəlilbəyli ilə boşanması iddialarına cavab verib:
“İlk dəfədir ki, efirə çıxmamışdan qabaq heç bir telefon zəngində bunu tapşırmadım ki, bu suallar mənə verilməsin. Çünki cavab verən kimi hamı yazır. Əslində bu, bəziləri üçün piardır, amma mən bundan qaçıram. Əslində bu suala Ülviyyə cavab verib. Yəni biz boşanmamışıq. Bunu mən də təsdiqləyirəm. Amma çox istəyirəm ki, bu barədə danışmasınlar. Həyat yoldaşıma da tapşırmışam ki, evdə nə söz-söhbət olursa, hətta buna görə, böyük incikliyim olub, istəmirəm ki, bu, sosial şəbəkəyə yayılsın.
Toyumuz yayıldı, 6-7 kanal gəldi. Bir nəfər deyə bilməz ki, kanal çağırmışdım ki, gəlin bizim toyumuzu çəkin.
Yəni bu, məndən asılı bir şey deyil. Bu sənətdəyəmsə deməli, insanları işdən çox mənim şəxsi həyatım maraqlandırır. Ona görə də mən o reytinqdən qaçdığım üçün istəyirəm ki, bu mövzular birdəfəlik bağlansın. Heç bir müsahibə vermirəm, boşanmamışam. Hər bir ailədə söz-söhbət olur. Boşansam da bunu açıq şəkildə deyərəm ki, boşanmışam. Heç kim heç nədən sığortalanmayıb”.
Rəşad Əliyev, Bizim.Media