Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Röya Ayxan "Bakı Konqres Mərkəzi"ndə canlı solo konsert proqramı ilə çıxış edib.
Bizim.Media xəbər verir ki, dörd dəfə konsertini təxirə salan sənətçi nəhayət "şeytanın qıçını sındırıb" sevənlərini bir araya toplayıb.
Konsertdə hər mahnısına uyğun səhnə dekorasiyası dəyişilən Röya gecədə 25 libas dəyişib.
Bir ifasından digərinə keçən Xalq artisti yenə də tamaşaçıları ilə səmimi ünsiyyəti ilə diqqət çəkib.
Başına qara fata və eyni rəngdə tüldən biçilən iri həcmli "gəlin paltarı"na bənzəyən libasda səhnəni coşduran Röya keçmiş həyat yoldaşı, iş adamı Anar Cəlilovdan söz açıb:
"Bunları taxıb, geyindimsə? bildiniz yəni... Bir dəfə ağ geyindim mənə düşmədi. Bu səfər isə qara geyinmək istəyirəm. Bəlkə məni apardılar. Xalqın qızları var, orası var, burası yoxdur. Orada-burada şeyxlə evlənirlər. Bir dənə "biznesmen" tapıb, ona ərə getdim, onun da evini yıxdılar. "Qır-qızıl" qalmadı satım verim, qutarım özümü. Güclə... Yeganə adamam ki, döyülməmiş boşanmışam. Bax bunu sizə deyirəm. Ona görə yaşadığıma şükür edirəm. Yeganə adamam ki, söz eşitmədən boşanmışam. Boşanma kağızına yazmışam ki, salamat qal. Özümə yox, amma ona güvənirdim".
Qeyd edək ki, Röya Ayxanın iş adamı Anar Cəlilovla evliliyindən Hüseyn adında yeganə oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:08 / 28.01.2023
Xalq artisti Röyadan konsertdə ETİRAF: "Yeganə adamam ki, döyülməmiş boşanmışam" - VİDEO
Hazırda oxunan: Xalq artisti Röyadan konsertdə ETİRAF: "Yeganə adamam ki, döyülməmiş boşanmışam" - VİDEO
Hazırda oxunan: Xalq artisti Röyadan konsertdə ETİRAF: "Yeganə adamam ki, döyülməmiş boşanmışam" - VİDEO
117099
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.