Azərbaycanda fəaliyyət göstərən iranlı müğənnilərin səfirliyimizdə törədilən terror hadisəsinə REAKSİYA – ÖZƏL

Hazırda oxunan: Azərbaycanda fəaliyyət göstərən iranlı müğənnilərin səfirliyimizdə törədilən terror hadisəsinə REAKSİYA – ÖZƏL

117000

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Azərbaycanın İrandakı  səfirliyinə silahlı hücum olub. 

Bizim.Media-nın əməkdaşı hadisə ilə bağlı Azərbaycanda fəaliyyət göstərən və tez-tez efirlərimizdə görünən iranlı bəstəkar-müğənni Afşin Azəri və Əli Pomehr ilə əlaqə saxlayıb. 

Afşinin meneceri Nevid açıqlamasında bildirib ki, baş verən hadisədən xəbərdardır. 

Əli Pomehr isə əməkdaşımızla söhbətində bunları deyib: 

“Törədilən terror aktı ilə bağlı çox pis olmuşam və narahatlıq keçirirəm. Hamı mənə zəng edib məsələ ilə bağlı münasibətimi öyrənmək istəyir. Hazırda mən də xəbərləri izləyirəm və bu məsələnin kimlər tərəfindən törədildiyini öyrənmək istəyirəm”. 

Qeyd edək ki, Azərbaycan Prezidenti Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını açıqlayıb.  

Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin