Fatimə Nazilə ilə məhkəməsindən DANIŞDI: “Hələ dava-qırğın gedir” - ÖZƏL

Hazırda oxunan: Fatimə Nazilə ilə məhkəməsindən DANIŞDI: “Hələ dava-qırğın gedir” - ÖZƏL

116911

“Barışıqdan söhbət gedə bilməz. Hələ dava-qırğın gedir. Görək nə olacaq”.

Bu sözləri rəqqasə Fatimə Fətəliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Şairə Nazilə Səfərli ilə məhkəməlik olan rəqqasə aralarında yaşanan münaqişəni bu sözlərlə ifadə edib:

“Haqq və ədalət öz sözünü deyəcək. Əgər günahkaramsa, deməli günahkar mən olacağam. Qarşı tərəf günahkardırsa... Nə deyim? Vicdan varsa, oturub bunları dərindən düşünmək lazımdır”. 

“Nazilə Səfərli sizi məhkəməyə verərək, hazırda 50 min manat təzminat istəyir. Siz də onun kimi yüksək məbləğdə pul təzminatı tələb edə bilərsiniz?” sualına F.Fətəliyeva belə cavab verib:

“Qarşı tərəf mənim adımı çəkməyib. Hamı bilir ki, bu məsələdə söhbət məndən gedir. Emosional insanam, əsəbiləşdimsə, başlayıram danışmağa. Ona görə də, burada məsələlər başqa istiqamətdədir. Amma sizə heçnə deyə bilmərəm. Çünki qarşı tərəflə aramızda məhkəmə prosesi hələ də davam edir”.
Qeyd edək ki, Nazilə Səfərli bir müddət əvvəl Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib ki, barışığın baş tutması üçün Fatimə Fətəliyeva ondan üzr istəməlidir.

Nazilənin bu açıqlamasına Fatimə sosial şəbəkə hesabında canlı yayım açaraq, qarşı tərəfə heç bir üzrxahlığın olmayacağını dilə gətirib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin