Xatun: ““Xəzər” televiziyası mənə efir qadağası qoyub”  - ÖZƏL

Hazırda oxunan: Xatun: ““Xəzər” televiziyası mənə efir qadağası qoyub”  - ÖZƏL

116906

“Xəzər” televiziyası müğənni Xatun Əliyevaya efir qadağası qoyub. 

Bu haqda sənətçi özü Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Məsələ ilə bağlı X.Əliyeva bunları söyləyib: 

“Uzun zamandır Xəzər kanalının efirinə çıxmıram. Sonuncu dəfə “Xəzər”də yayımlanan “Səhər Mərkəzi” verilişində aktrisa Dilarə Əliyeva ilə qonaq olmuşam. Özüm də heç bilmirəm ki, kanal məni niyə qara siyahıya atıb. Bir sənət dostum deyib ki, “Xəzər”in bir verilişinə dəvət alıb. O da deyib ki, ora Xatunla çıxmaq istəyirəm. Ona söyləyiblər ki, Xatun qadağadadır”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin