Keçmiş “Dəyirman” rep qrupunun üzvü ABD Malik Kələntərli pərt olub.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Səhər mərkəzi” verilişində səs rejissorunun səhvi nəticəsində efirə onun fonoqramması deyil, proqramın digər qonağı müğənni Mədinə Məlikin mahnısı verilib.
Bu anda isə həm Malik, həm də səhər şousunun aparıcıları Afaq Gəncəli ilə Tural Əsədov çaş-baş qalıb.
Malik üz ifadəsi ilə səsləndirilən mahnının ona aid olmadığını aparıcılara bildirib. Daha sonra isə mahnı yarıdan kəsilərək, Kələntərlinin fonoqramı efirə verilib.
Rəşad Əliyev, Bizim.Media