Bu gün Xalq artisti Aygün Kazımovanın doğum günüdür.
Bizim.Media xəbər verir ki, Xalq artisti Faiq Ağayev və aparıcı Elgiz Əkbər sənətçiyə xoş sürpriz edib.
Belə ki, onlar pop ulduzun evinə yollanaraq, Kazımovanı 52 yaşı tamam olması münasibəti ilə təbrik ediblər.
“Səhnəmizin divasını təbrik etmək istədim. Bilmirəm necə qarşılayacaq. Hər zaman təravətli olasınız. Sizin doğum gününüz hər dəfə xüsusi önəm daşıyır” - deyə Elgiz vurğulayıb.
A.Kazımova “Əsl sürprizdir, ev paltarında sizi qarşılayıram. Özəl bir ad günü olacaq. Konsert kimi bir proqram hazırlanıb” söyləyib.
Rəşad Əliyev, Bizim.Media