Ayandan həmkarlarına: “O qədər “virus” var ki, maska taxmaq məcburiyyətində qalıram” – VİDEO

Hazırda oxunan: Ayandan həmkarlarına: “O qədər “virus” var ki, maska taxmaq məcburiyyətində qalıram” – VİDEO

116334

“Heç vaxt çıxıb kiməsə efirdən cavab verməmişəm. Əgər bir insanla eyni camiyadayamsa, onunla telefonda aramızda olan problemi həll edə bilərəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva “Şou xəbər” verilişinə müsahibəsində deyib.

Sənətçi onun arxasınca danışan və “işlər çevirən” həmkarlarını “virus” adlandırıb:

“O mənə, mən ona deyim… Bir müddətdən sonra eyni məclisdə üz-üzə gəlirsən, heç salam verməyə üz də qalmır. Arxada danışırlar… Önəmli olan isə üzümə deməkləridir. Onlara cavab versəm, olduqları bataqlığa düşərəm. O qədər "virus" var ki, maska taxmaq məcburiyyətində qalıram. Maska növü dəyişir. Günü-gündən isə bu virusların sayı çoxalır. Həyat çətinləşir.  Hər cür varlıqla üz-üzə gələ bilirsən. Bu isə həyatdır. Həyatda hər şey olur”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin