Mətanət: “Məni zorla qalmaqalın içinə salmaq istəyirlər” - VİDEO

Hazırda oxunan: Mətanət: “Məni zorla qalmaqalın içinə salmaq istəyirlər” - VİDEO

116321

“Ətrafımda qalmaqallar olanda, narahat olurdum. Çünki insanlar məni yaxından tanımırlar. Söz-söhbətlərə görə narahat olurdum. Deyirdilər ki, bu qalmaqallar sənin reytinqinə, statusuna mənfi təsir göstərir. Çıx onlara cavab ver. Amma heç nə demədim. Üzdə olan insanlara hər zaman daş atan çox olur. Söz-söhbətlər, şayiələr olur. Sevməyənlər, gözü götürməyənlər də var. Qəsdən qalmaqalları planlayıb, qururlar”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu “Özəl” verilişində deyib.

Sənətçi bildirib ki, qalmaqallardan qaçsa da, söz-söhbətlər onu addım-addım izləyir:

“Mən qalmaqal, dava-dalaş adamı deyiləm. Amma məni zorla istəyirlər ki, qalmaqalın içinə salsınlar. Özüm sakit bir insanam. Söz-söhbəti qəti sevmirəm. Evimdə də o söz-söhbəti istəmirəm.
Bir də görürsən ki, evdə hansısa söz-söhbəti danışırlar. Deyirlər ki, yanımda qiybət, dedi-qodu etməyin, ürəyim sıxılır. Danışıb, gülməyi sevirəm. Evimizdə gülüb, danışmasaq elə bilərik ki, yaşamamışıq, bir günümüz itib. Övladlarım, nəvələrim də özüm kimidir. Onlar da deyib, gülüb, əylənməyi sevirlər”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin