Nəsibə Zeynalovanın nəvəsi: "Kiminlə yaşadığımı dərk edəndə o, xəstəlikdən şam kimi ərimişdi" - VİDEO

Hazırda oxunan: Nəsibə Zeynalovanın nəvəsi: "Kiminlə yaşadığımı dərk edəndə o, xəstəlikdən şam kimi ərimişdi" - VİDEO

116120

Mərhum Xalq artisti Nəsibə Zeynalovanın nəvəsi Nəsibə Əsgərova nənəsiylə bağlı xatirələrini dilə gətirib.

Bizim.Media xəbər verir ki, bu barədə sənətkarın nəvəsi qonaq olduğu “O üz” verilişində danışıb.

“Çox nadir hallarda ağlayırdı. Nəsə xətrinə toxunanda, demirdi, içinə atırdı. Nəsibə xanım 36 yaşında ailə qurub və 38 yaşında ana olub. Aramızda yaş fərqi çox idi... 10 il xəstə oldu, yanında idim. 16-17 yaşından sonra onun yavaş-yavaş şam kimi əriyib getməsini gördüm. Mən dərk edəndə ki, kiminlə yaşayıram, artıq Nəsibə Zeynalova əriyirdi”.
Qeyd edək ki, Nəsibə Zeynalova 2004-cü ildə 87 yaşında dünyasını dəyişib. Ölməz sənətkar Fəxri Xiyabanda dəfn olunub.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin