Eldar Mansurov: "Toylarda "vilka, lojka, salfetka" mahnıları səslənir" - VİDEO

Hazırda oxunan: Eldar Mansurov: "Toylarda "vilka, lojka, salfetka" mahnıları səslənir" - VİDEO

116117

"Bu günki mentalitet ara musiqilərinə üstünlük verir. Lakin əvvələr bu, belə deyildi".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Eldar Mansurov qonaq olduğu "Qarışıq gündəm" ictimai-sosial verilişində deyib.

Bayağı musiqilər və onların ifaçılarında gileylənən bəstəkar bildirib ki, illər əvvəl bu cür mahnılar nəinki efirlərdə heç toylarda belə səslənməyib:

"Əvvələr televiziya və radioda Bədii Şura vardı. Bədii Şura isə bütün proqramlara baxırdı, nəzarət edirdi. Hər musiqinin ortalığa çıxmasına icazə vermirdi. Siz elə bilirsiniz ki, 60-70-ci illərdə ara mahnıları olmayıb? Olub, amma onların ortaya çıxmasına icazə vermirdilər. Heç toylarda belə o ara mahnılarını oxumurdular. Populyar mahnılar daha çox müğənnilər tərəfindən toylarda səslənirdi. 1982-ci ildə müsahibəmdə söyləmişdim ki, zaman gələcək klassik musiqilər toylarda səslənəcək, toyxana ifaçıları isə efirlərimizi bəzəyəcək".

E.Mansurov "ara musiqilər" dediyi mahnılar cəmiyyət tərəfindən tənqid olunsa da, lakin kütlə tərəfindən çox sevildiyini və "YouTube" video platformasında milyonla izləyici kütləsi olduğunu vurğulayıb:

"Toylarda hamı yaxşı mahnı dinləmək istəyir. Bayağı ifaçılar da Tofiq Quliyevin, Emin Sabitoğlunun, Rauf Hacıyevin, Cahangir Cahangirovun bəstələdiyi əsərləri oxuyurlar. Nəyə görə? Çünki bu musiqilər və melodiyalar insanların sümüyünə hopub. Elə hopub ki, qopartmaq belə mümkün deyil. Amma daha sonra elə musiqilər çalınır, oxunur ki, heç nə başa düşülmür.

Yalnız ritm, vəssalam. Əvvələr heç toylarda belə şeylər yox idi. Akif İslamzadə, Hüseynağa Hadıyev heç zaman bayağı mahnılar oxumayıblar. Bu gün isə bizim toylarda "vilka, lojka, salfetka" mahnıları oxunur. Amma camaat bu mahnıları istəyir. Bax buna görə də belə mahnıların və bu mahnıları oxuyan müğənnilərin on, yüz milyonlarla dinləyicisi, tamaşaçısı var.

Bu qədər mahnılar bəstələmişəm. Amma onlar içində heç on bəstəm belə "YouTube"da bir milyonu keçməyib. 1989-cu ildə yazdığım "Bayatılar" əsərinə bu yaxınlarda yarım milyon izləyici baxıb".

Rəşad Əliyev, Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin