Damla ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Məsumə Məmmədovanın 20 Yanvarla bağlı paylaşımı cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Bizim.Media xəbər verir ki, sənətçi ötən gün 20 Yanvar şəhidlərini anmaq üçün bir sıra məşhurlar kimi Şəhidlər Xiyabanında yollanıb.
Damla sözügedən məkana qara paltoda, gözlərində eynək, başında isə şlyapa ilə gedib. Həmin anları isə müğənni sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Sosia şəbəkə əhli ifaçının bu addımını qınayıb. Onlar matəm günündə belə bir çəkilişə və bu cür geyimə ehtiyac olmadığını yazaraq, Damlanı linç ediblər.
İzləyicilər həmçinin, sənətçinin bu paylaşımına ana dilində deyil ingilis dilində şərh yazmasını da tənqid atəşinə tutublar.
Rəşad Əliyev, Bizim.Media