Elnarədən ETİRAZ: “Mən danışığımı bilmirəm?” - VİDEO

Hazırda oxunan: Elnarədən ETİRAZ: “Mən danışığımı bilmirəm?” - VİDEO

115961

“Bəzi insanlar mənə dedilər ki, “Oğluma müğənni qız almaram” sözlərini bəlkə bilmədən, səhv demisən. Cavab verdim ki, sözünüzdən belə çıxır ki, mən danışığımı bilmirəm?” 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva qonaq olduğu “Günaydın Azərbaycan!” səhər şousunda deyib. 

Sənətçi illər əvvəl dilə gətirdiyi “Oğluma müğənni qızla evlənməyə icazə vermərəm” fikirlərinə növbəti dəfə aydınlıq gətirib. 

Elnarə müzakirələrə səbəb olan bu mövzuda hələ də öz fikrində qaldığını bildirib: 

“Sözümü deyirəm, ağzımdan söz çıxmır. Dediyim sözümün də hakimiyəm. Sözlərimin üstündə indi də dururam. Bəli, oğluma müğənni qız almaram. Çünki müğənnilik peşəsi çox çətindir. İstəmərəm ki, oğlum atası Elxanın çəkdiklərini çəksin. İstəmərəm ki, Məhəmmədin (oğlu – red.) övladları mən çəkdiyim çətinlikləri çəksin. Müğənnilik çox çətin, əziyyətli sənətdir. Xanım evdə olar. Bu mənim şəxsi fikrimdir”. 

Verilişin aparıcısı Xoşqədəm Hidayətqızının “Bəs qızını müğənni bəyə ərə verərsən?” sualına Elnarə “Allah nə qismət edirsə, onun xeyrini versin. Biz kimik ki, olar, olmaz deyək. Deyirik ki, xeyirsizdirsə, Allah xeyrə çevir, qismət elə. Müğənnilik əziyyətli sənətdir” cavabını verib. 

Qeyd edək ki, Elnarə və Elxan cütlüyünün bir qız, bir oğlu var. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin