Madonna oğurlanmış rəsm əsərini almaqda ittiham olunur - FOTO

Hazırda oxunan: Madonna oğurlanmış rəsm əsərini almaqda ittiham olunur - FOTO

115746

64 yaşlı Madonnanın hərracda aldığı rəsmlərdən birinin oğurluq olduğu üzə çıxıb. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin evində aparılan çəkilişlərin birində fransalı kurator təsadüfən onu görüb. Həmin kadrlarda Madonna fonda poza verib. 

1989-cu ildə Nyu-Yorkda rəssam Jérom-Martin Langlois tərəfindən çəkilmiş “Diana və Endimion” tablosu dərhal satılıb. Bu tablo üçün isə pop səhnəsinin əfsanəsi1,3 milyon dollar ödəyib.  
Bu əsər Fransa üçün əsl mədəni və tarixi irsdir. Rəsm əsəri Versal sarayı üçün XVIII Lüdovik tərəfindən sifariş edilmiş və 1873-cü ildə Amyendəki qalereyalardan birində nümayiş etdirilmişdi.  

Lakin 1918-ci ildə, Birinci Dünya Müharibəsində şəhərin bombalanması zamanı tablo iz qoymadan yoxa çıxıb. 

İndi fransızlar müğənnidən respublikanın əmlakını qaytarmağı xahiş edirlər. Şəhərin meri Amyena Bridcet Fur açıq şəkildə ona müraciət edib:

“Madonna, yəqin ki, Amyen haqqında eşitməmisiniz. Bununla belə, sizinlə şəhərimiz arasında xüsusi əlaqə var. Bu rəsm, ehtimal ki, Birinci Dünya Müharibəsindən əvvəl Luvr Amyen Muzeyi tərəfindən hədiyyə edilmiş bir əsərdir. O vaxtdan bəri həmin tablo izsiz itdi”.  

Məsələ ilə bağlı qarşı tərəfdən heç bir cavab gəlməyib. Belə çıxır ki, Madonnanın sözügedən əsəri geri qaytarmaq niyyəti yoxdur. Əlbəttə ki, xeyriyyəçiliklə məşhur olmağa qərar verməsə... 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin