Ələkbər Yasamallı intihar edən bacısı oğlunu ANDI – FOTO/VİDEO

Hazırda oxunan: Ələkbər Yasamallı intihar edən bacısı oğlunu ANDI – FOTO/VİDEO

115558

Meyxanaçı Ələkbər Yasamallı 3 il əvvəl intihar edən bacısı oğlu Şamxalla bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, sənətçi Şamxalın görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək bu sözləri yazıb:

“30 yaşımdan 40 yaşıma kimi keçən 10 il çox tez keçdi. Amma Şamxalsız keçən bu 3 il sanki ağrılı, acılı, hər saniyəsi mənə və ailəmizə kədər dolu 30 il kimi görsəndi. Kaş bu sözləri sən mənim üçün yazardın, Şamxalım. Kaş, deyə-deyə 3 il də hər saniyəsi ağrılı keçdi.
Səninlə üzbəüz dayanıb dərdləşmək üçün nələr verməzdim. Sənə ancaq yaxşı şeylərdən danışardım. Sən gedəndən təəssüf ki, yaxşı nəsə olmayıb. Olubsa da bizə yaxşı kimi görsənməyib. Allah günahlarını bağışlasın, qəbrin nurla dolsun”.

Qeyd edək ki, 1999-cı il təvəllüdlü Niftəliyev Şamxal Təbriz oğlu Yasamal rayonu ərazisində yaşadığı evdə özünü asaraq, intihar etmişdi.

Rəşad Əliyev, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin