Ayan ağladı: “Övladımı nifrət hissi ilə böyütmədim” - VİDEO

Hazırda oxunan: Ayan ağladı: “Övladımı nifrət hissi ilə böyütmədim” - VİDEO

115209

“Həyatımda belə bir dönəm oldu. Gördüm ki, bu həyatda məni heç kim incidə bilməz”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Ayan Babakiyeva qonaq olduğu “Günün sədası” verilişində deyib.

Sənətçi bildirib ki, zərbəni yaddan deyil, yaxından alıb:

“Yad səni niyə incitsin ki? Amma sevdiyin, dəyər verdiyin, canını uğuruna fəda etdiyin insanlar canını acıdır. O zaman göstərməliyən ki, bundan travma almadım. Yaşayıram, ayaqdayam. Yara qabıq bağlayır. Ona toxunanda isə qanayır”.

Qisasçı olmadığını söyləyən Ayan qızı Selenanı nifrət hisslərindən uzaq və xoşbəxt böyütdüyünü dilə gətirib:

“Qisas alan bir insan deyiləm. Belə bir hissim də yoxdur. Qisasım yaşamağımdır, ayaqda qalmağımdır. Çox çətin dönəmlərdən keçdim. Məqsədim xoşbəxt uşaq böyütməkdir. Heç bir tərəfə nifrət hissi ilə böyütmədim.
Övladlar bizdən xahiş etmir ki, bizi dünyaya gətir. Sən onu əgər dünyaya gətirirsənsə, ən azı Vətənə psixologiyası yerində olan bir şəxs gətirməlisən. Bu gün övladım çox xoşbəxtdir”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin