Aparıcı Çinarə Əliyevanın “hə” məclisindən görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, plastik cərrah Ruslan Rəsulla ailə qurmağa hazırlaşan televiziya ulduzunun fotoları “Ümid ilə gəl” ictimai-sosial verilişinin canlı efirində nümayiş edilib.
Verilişə telefon vasitəsi ilə qoşulan R.Rəsul proqramın aparıcı Tarix Əliyevin “Çinarənin xasiyyətində xoşuna gələn və gəlməyən cəhədlər hansılardır?” sualına belə cavab verib:
“Çinarə xanımı çox bəyənirəm. Çünki fərqli bir qadın, ideal xanımdır. Onu bir ildən artıqdır ki, izləyirəm. Bu yaxınlarda ona ürəyimi açdım. Həqiqətən gözəl xanımdır”.
Rəşad Əliyev, Bizim.Media