Müğənni Manaf Ağayev Xalq artisti Fatma Mahmudovaya gözlənilməz sürpriz edib.
Bizim.Media xəbər verir ki, Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Günaydın, Azərbaycan!” səhər şousunda qucağında tutduğu qutudan avtomobilin açarlarını çıxardaraq, aktrisaya uzadıb.
Avtomobilin açarlarını görən Mahmudova təəccübünü gizlədə bilməyib. Əməkdar artist müğənniyə təşəkkürünü bildirsə də, lakin hədiyyəni qəbul etməyib.
“Kişi adamsan! Sənin bu mərdliyin, kişiliyin, insanlığın mənə çoxdan bəlli idi. Bir daha bəlli oldu. Allah hər kəsin malını özünə qismət eləsin. Elə bir insanam ki, dünya malında gözüm yoxdur. Manaf kimi ürəkli olun, amma yox, götürmürəm. O açarı mənə verməklə, elə bilirəm ki, 100 maşın bağışladı. Allah ürəyinə görə versin. Maşının özünə qismət olsun!”, - deyə Fatma Mahmudova bildirib.
Rəşad Əliyev, Bizim.Media