Çingiz Əhmədov: “Evdə “aç qapını, qoyum qulağının dibinə” kimiyəm“ - VİDEO

Hazırda oxunan: Çingiz Əhmədov: “Evdə “aç qapını, qoyum qulağının dibinə” kimiyəm“ - VİDEO

114996

“Mehriban nəvəm hələ çox kiçikdir. Bir göz qırpımında vaxt gəldi, getdi. İbrahim də ailə qurdu. Artıq o da atadır. Mən isə ikinci dəfə baba oldum. Qızımın altı yaşlı Araz adında oğlu var. Nəvəmə nənəsinin adını qoymuşuq”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədov qonaq olduğu “Şənbə axşamı” verilişində deyib. 

60 yaşlı sənətkar bildirib ki, səhnədə nə qədər deyib, gülsə də, evdə bir o qədər zəhmlidir: 

“Aydan və İbrahim ikisi də doğmalarım, əzizlərimdir. İbrahim tamamilə başqa bir ampluadadır, zarafatı və şitliyi sevmir. Mən efirdə buyam, amma evə getdim tamamilə ciddiyəm. Başqa bir Çingiz oluram. Evdə görəsiniz məni... Aç qapını, qoyum qulağının dibinə”, - deyə Çingiz Əhmədov vurğulayıb. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin