"Hərdən ağlayıram... Deyirəm ki, indi haqqımda xəstəliyimə görə qorxduğumu söyləyəcəklər. Biz hamımız bir can borcluyuq. İnsan ölməkdən yox, ölümcül hala düşməkdən qorxur".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Gülbahar Şükürlü "MTV maqazin" verilişinə müsahibəsində deyib.
Xərçəng xəstəliyi ilə mübarizə aparan qarmon ustadı ölmək üçün Allaha dua etdiyini etiraf edib:
"Üç dəfə ölümcül hala düşmüşəm. Amma ölməmişəm. Elə deyirdim ki, Allahım ölərdim, canım qurtarardı. Üçüncü dəfə vəziyyətim olduqca ağır oldu. Ona görə müalicələrə başladım".
Sənətçi onu bu həyata bağlayan heç bir səbəbin olmadığını bildirib: "Həyat yoldaşım olsaydı, deyərdim ki, həyat mənim üçün davam edir. Həyat yoldaşım yoxdur. Demək həyat da mənim üçün... Belə də, nə bilim. Bu xəstəlik Allahın mənə verdiyi bir imtahanıdır".
10 ildir ki, xərçənglə mübarizə aparan Gülbahar onu yalnız qoymayan müğənni Nadir Qafarzadə olduğunu dilə gətirib:
"Ən çox evimə Nadir Qafarzadə gedib-gəlir. Demək olar ki, üç-dörd gündən bir mənə baş çəkir. Çox zaman onunla bir yerdə oluram. Ailəsi, gəlini, həyat yoldaşı yığışıb gəlirlər bizə".
Qeyd edək ki, Gülbahar Şükürlü günlər əvvəl müsahibəsində xəstəliyinə 100 min manat pul xərclədiyini açıqlayıb. O, bundan başqa qızıllarını, evini və bağ evini satdığını deyib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
23:39 / 14.01.2023
Xərçənglə mübarizə aparan Gülbahar: "Ölmək üçün Allaha yalvarmışam" - VİDEO
Hazırda oxunan: Xərçənglə mübarizə aparan Gülbahar: "Ölmək üçün Allaha yalvarmışam" - VİDEO
Hazırda oxunan: Xərçənglə mübarizə aparan Gülbahar: "Ölmək üçün Allaha yalvarmışam" - VİDEO
114812
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.