Hollivudun dünyaca məşhur aktrisası Ancelina Coli dünyanı oğlunun həyatını xilas etmək üçün həbsxananın qapısında yalvaran iranlı ananın fəryadını eşitməyə çağırıb.
Bizim.Media xəbər verir ki, Coli bu barədə özünün “İnstagram” sosial şəbəkə hesabında video paylaşaraq çağırış edib.
"İranlı ana həbsxananın qapıları qarşısında ölkədə qaçılmaz ölüm cəzası gözlənilən oğlu Məhəmməd Qobadlunu xilas etmək üçün yalvarır. Xahiş edirəm, bir dəqiqənizi ayırın və onun səsindəki ağrını eşidin.
Təxminən eyni yaşda uşaqları olan ana kimi, qadınların həyatı və azadlığı uğrunda etirazlar başlayandan bəri öldürülən, döyülən və ya həbs olunan gənclərin analarının yaşadıqları ağrının dərinliyini təsəvvür edə bilirəm.
Analar, biz sizi eşidirik. Başqaları və İran üçün həyatlarını riskə atan cəsur sevdiklərinizi unutmuruq”, - deyə aktrisa paylaşımına şərh yazıb.
Bizim.Media