Dünya şöhrətli repçi və iş adamı Kanye Uest (yeni adı Ye) sahibi olduğu “Yeezy” brendində çalışan işçisi Bianka Sensori ilə gizli şəkildə nikahlarını rəsmləşdirib.
Bizim.Media “TMZ” nəşrinə istinadən xəbər verir ki, bir gün əvvəl sənətçi Beverli Hillsdə paparazzilərin kameralarına tuş gəlib.
Cümə günü, yanvarın 13-də jurnalistlər cütlüyün artıq gizli toy etdiyini öyrəniblər.
İndiyə qədər onlar rəsmi olaraq nikaha girməyiblər, lakin şənlik artıq baş tutub. Repçi və həyat yoldaşı üzüklərini bir-birinin barmağına taxıblar. Aşiqlərin əllərindəki zinət əşyaları paparazzilərin diqqətini çəkib.
Qeyd edək ki, Kanye Uest 2014-cü ildə erməni əsilli porno ulduz Kim Kardaşyanla evlənib. Cütlüyün dörd övladı var: 9 yaşlı Nort, 7 yaşlı Seynt, 4 yaşlı Çikaqo və 3 yaşlı Psalm. 2021-ci ilin fevral ayında Kim fikir ayrılıqlarını əsas gətirərək repçidən boşanmaq üçün ərizə verib.
Bundan sonra Kanye model Culiya Foksla qısa müddətli eşq yaşayıb. Lakin onların münasibətləri çox çəkməyib. Onlar qalmaqallı şəkildə ayrılıblar.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:55 / 13.01.2023
Kanye Uest öz işçisi ilə EVLƏNDİ - FOTO
Hazırda oxunan: Kanye Uest öz işçisi ilə EVLƏNDİ - FOTO
Hazırda oxunan: Kanye Uest öz işçisi ilə EVLƏNDİ - FOTO
114602
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.